AZ

Neftçi də məşqçi ayrılığı reallaşdı

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Neftçi" klubunda məşqçi ayrılığı baş verib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt klubunun 17 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Hüseynovla yollar ayrılıb. 

U-15 və U-17 komandalarının baş məşqçisi olan Hüseynov 2022-ci ildən "Neftçi"də çalışırdı.

Qeyd edək ki, 35 yaşlı məşqçi “Neftçi”nin yetirməsidir. “Ağ-qaralar”ın əvəzedici və U-19 komandası ilə Azərbaycan çempionluğunu qazanmış Hüseynov “Qaradağ Lökbatan”ın heyətində I Divizionun qalibi olub. O, “Simurq”, “Neftçala” və “Qala” klublarında da çıxış edib.

25 yaşında karyerasını bitirən Hüseynov “Rəvan”, “Zirə” və “Sabah” klublarının müxtəlif yaş qruplarından ibarət komandalarında baş məşqçi və köməkçi məşqçi kimi çalışıb, “Sabah”ın əsas komandasında isə köməkçi məşqçi vəzifəsini yerinə yetirib, köməkçi məşqçi kimi “Rəvan”ın U-19 komandası ilə ölkə çempionu olub.

O, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
50
fanat.az

10Mənbələr