Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, üç avtobus toqquşub. Hadisə zamanı nəqliyyat vasitələrinə ziyan dəyib.
"BakuBus" MMC-dən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 12:20 radələrində Şamil Kərimov küçəsi, 12A ünvanında zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
"İlkin məlumata əsasən, digər daşıyıcılara məxsus iki avtobus arasında qəza baş verib və nəticədə avtobuslardan biri dayanacaqda dayanan BakuBus MMC-yə məxsus 57 nömrəli müntəzəm marşrut xətti istismarda olan avtobusa arxadan çırpılıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.
Anar Kəlbiyev