AZ

Aqil Abbas: "Elə bir güclü nöqsan deyil"

Milli Məclisin deputatı Aqil Abbas Ağdamda tikilən evlərin keyfiyyətsiz olması barədə görüntülərin müzakirə yaratmasına, tənqidlər zamanı Qarabağda həyata keçirilən quruculuq işlərində nöqsanlara yol verilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında Ağdamdan olan görüntülərin ictimailəşdirilməsini qınayıb.

“O boyda evlər tikilir, şəhərlər bərpa edilir. Təbii ki, nöqsan olacaq. Amma bu, elə bir güclü nöqsan deyil. Evlərdən birinin divarına nəsə olub, bunu bütün Ağdama, Kəlbəcərdən Laçına qədər hamısına aid etmək olmaz. Birində səhv olub, nöqsan buraxılıb. Bu nə deməkdir? O gözəllikdə Ağdam tikilir. Niyə ancaq pis şeyləri axtarıb göstərirlər? Niyə yaxşıları göstərmirlər? Nöqsan olubsa, yəqin ki, dövlət, yaxud məsul tikinti şirkəti aradan qaldıracaq. Bunu gözə soxmaq, dirçəlişi gözdən salmaq düzgün iş deyil”, - deputat bildirib.

Poliqon.info

Seçilən
2
34
poliqon.info

10Mənbələr