Uzun müddət boşanma xəbərləri ilə gündəmdə olan Pelin Akil və Anıl Altan cütlüyü haqqında "hələ boşanmayıblar, evlidirlər" iddiası şou dünyasında böyük səs-küyə səbəb olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akil bu məsələyə dair açıqlama verərkən sərt davranışları qısa zamanda diqqət çəkib.
"Arka Sıradakilər" serialında tanışıb aşiq olan Pelin Akil və Anıl Altan cütlüyü 2016-cı ildə evlənmişdi.
Cütlüyün evliliyindən 2019-cu ildə ikiz qızları Alin və Lina dünyaya gəlmişdi.
Ancaq evlilikləri uzun müddət diqqət mərkəzində olan bu cütlük, ötən avqust ayında münasibətlərini bitirmək qərarına gəlib və boşandıqlarını açıqlamışdılar.
Evliliklərini sonlandırdıqları bilinsə də, Pelin Akil və Anıl Altan haqqında gözlənilməz bir iddia irəli sürülmüşdü. Bu iddialarda, ikilinin hələ də boşanmadığı və səbəb olaraq Portuqaliya vətəndaşlığı almaq istədikləri qeyd olunmuşdu.
Akil, "rəsmi olaraq boşanma baş verdi mi?" - sualına, "Həqiqətən artıq bu mövzuda danışmırıq" - cavabını verib.
Məşhur aktrisanın gərgin halları isə sosial media istifadəçilərinin diqqətini çəkib.