AZ

Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

Azərbaycan Turizm Bürosu dekabr ayı ərzində Çinin üç şəhərində Azərbaycanın turizm imkanlarını təbliğ edib.

"Far.Az" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı Turizm Bürosu "China Travel Group" (CTG) şirkəti ilə birgə Jinan, Şijiazhuanq və Taiyuan şəhərlərində silsilə seminarlar təşkil edib.

Seminarlarda Çinin turizm sənayesini təmsil edən 300-dən çox nümayəndə iştirak edib.

Tədbirlər çərçivəsində Çin və Azərbaycan arasında turizm əməkdaşlığının gücləndirilməsi istiqamətində təqdimatlar nümayiş olunub. İştirakçılara Azərbaycanın Çin bazarı üçün nəzərdə tutulmuş turizm məhsulları, ölkənin mədəni və tarixi irsi, eləcə də əsas səyahət marşrutları haqqında məlumat verilib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr dövründə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 60 636 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43.1% artım deməkdir.

Seçilən
10
42
far.az

10Mənbələr