Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
Belə ki, sürücü Nuralı Həsənov "BMW" markalı avtomobildə idarəetməni itirib, qarşısına çıxan beton maneəyə çırpılıb.
Hadisə nəticəsində sürücü vəfat edib.