AZ

RABİTƏBANK Azərbaycanda İslam Bankçılığı üzrə Mudarada və Murabaha məhsullarının tətbiqinə başlayır

Bakı. Trend:

Rabitəbank müştərilərin alternativ maliyyə ehtiyaclarınınqarşılanması, maliyyə inklüzivliyinin genişləndirilməsi və banksektorunda innovativ yanaşmaların təşviqi istiqamətində mühüm addımatır. Bank 1 Fevral 2026-cı il tarixindən etibarən İslam maliyyəprinsiplərinə əsaslanan Mudaraba (islami qayda ilə cəlbetmə) vəMurabaha (islami qayda ilə yerləşdirmə) məhsullarını xüsusitənzimləmə rejimi çərçivəsində təqdim edəcək.

Mudaraba məhsulu üzrə cəlb ediləcək vəsaitlərin minimum məbləği500 AZN və ya onun ekvivalenti, maksimum məbləği isə 500.000 AZN vəya onun ekvivalenti təşkil edir. Depozitin müddəti 12 aya qədərmüəyyən edilir. Bu məhsuldan həm sahibkarlar və həm də fizikişəxslər yararlana bilər. Mudaraba çərçivəsində sərmayələr İslambankçılığı prinsiplərinə uyğun şəkildə idarə olunacaq və əldəedilən gəlirdən sərmayəçilərin payı təmin ediləcək.

Murabaha məhsulu sahibkarların dövriyyə vəsaitlərinə olanehtiyaclarının qarşılanması, eləcə də əsas vəsaitlərin alınmasınınmaliyyələşdirilməsi məqsədilə təqdim edilir. Bu məhsul üzrə kreditməbləği minimum 30.000 AZN, maksimum isə 500.000 AZN və ya onunekvivalenti səviyyəsində müəyyən edilib. Kredit müddəti maksimum 12ay təşkil edir. Murabaha çərçivəsində şəriət qaydaları ilə qadağanedilməyən bütün biznes sahələrinin maliyyələşdirilməsi mümkündür vəbu məhsuldan yalnız sahibkarlar yararlana biləcəklər.

Hər iki məhsuldan həm dini inanclı sahibkarlar, həm də İslambankçılığına maraq göstərən digər müştərilər yararlana bilərlər.Məhsullar üzərində nəzarət həm Azərbaycan Respublikasının MərkəziBankı, həm də Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərənİslam Şurası tərəfindən həyata keçiriləcək. Bununla yanaşı,Rabitəbank müştərilər üçün mütəmadi olaraq müvafiq hesabatlarınaçıqlanmasını təmin edəcək.

Mudaraba və Murabaha təşəbbüsləri Azərbaycan RespublikasınınMərkəzi Bankı tərəfindən tətbiq edilmiş xüsusi tənzimləmə rejiminəuyğun olaraq həyata keçiriləcək. Bu rejim innovativ maliyyəxidmətlərinin bazara çıxarılmasına, maliyyə xidmətlərinintəhlükəsizliyinin və əlçatanlığının artırılmasına, eləcə də ölkədəmaliyyə inklüzivliyinin gücləndirilməsinə xidmət edir. Sınaqmüddətinin sonunda əldə olunan nəticələrin müsbət olması halında,bu maliyyə alətləri daimi əsaslarla tətbiq ediləcək və qeyd olunanaddım ölkədə İslam bankçılığının formalaşdırılması istiqamətindəmühüm mərhələ olacaq.

Rabitəbank bu təşəbbüslə müasir bankçılıq təcrübəsini alternativmaliyyə modelləri ilə birləşdirərək müştərilərin dəyişən maliyyəehtiyaclarına uyğun yeni imkanlar yaradır. Bank xidmətlərinə çıxışimkanlarının genişləndirilməsi ilə yanaşı, bu təşəbbüs ölkədə İslambankçılığının formalaşdırılması və alternativ maliyyəmexanizmlərinin inkişafı baxımından mühüm strateji əhəmiyyətdaşıyır.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakışəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “RabitaMobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business”tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə özmüştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrlibank xidmətləri təqdim edir.

Məqalədə:
Seçilən
41
5
az.trend.az

10Mənbələr