AZ

Avtobus sürücüsünün telefonunu oğurlayıb qaçdı Video

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polis avtobus sürücüsünün telefonunu ələ keçirən şəxsi saxlayıb.

Axar.az xəbər verir ki, Nizami rayonu Q.Qarayev prospektində “Daevoo” markalı sərnişin avtobuslarının birində naməlum sərnişin paytaxt sakini olan sürücünün 450 manat dəyərində mobil telefonunu soyğunçuluq edərək ələ keçirib.

Hadisədən sonra həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Sənan Quluzadə saxlanılıb.

Həmin şəxsin törətdiyi hadisə təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
44
axar.az

10Mənbələr