AZ

Bu xəstəliyin əlamətləri 20 il əvvəl görünür


Bəzi xəstəliklərdə əlamətlər çox gec olana qədər görünməyə bilər. Lakin tədqiqatlar göstərir ki, Alzheymer xəstəliyinə yoluxan insanlarda xəstəliyin "incə" əlamətləri təxminən 20 iləvvəl görünə bilər.


Medicina.az xəbər verir ki, yaddaş və düşüncə testləri diaqnozdan 18 il əvvəl Alzheimer xəstəliyinə (AD) tutulan insanlar arasındakı fərqləri aşkar edə bilər. Koqnitiv testdə daha aşağı bal gələcəkdə demans riskinin 85 faiz artması ilə əlaqələndirilir.



"Demans illər əvvəl beyində dəyişikliklərə səbəb olur. Düşüncə və yaddaşdakı incə əlamətlər rəsmi diaqnoz qoyulmazdan 18 il öncəyəqədər aşkar edilə bilər. Bu, müalicə üçün uzun bir fürsət pəncərəsinin olması deməkdir,bu müddət ərzində bir gün demansı dayandıra və ya yavaşlada bilərik. Bu testlər kimdə demans inkişaf edəcəyini dəqiq proqnozlaşdıra bilməsə də, potensial olaraqrisk altında olan insanları müəyyən etmək üçün istifadə edilə bilər", - deyə nevroloq Aleksandra Alekhinabildirib.
Hərtərəfli koqnitiv testin aşağı balları tədqiqat boyunca Alzheymer xəstəliyində demansın inkişafı ilə əlaqələndirilib.

"Nəticələr göstərir ki, koqnitiv pozğunluq AD-də demansın preklinik mərhələsində əvvəllər müəyyən ediləndən xeyli əvvəl özünü göstərə bilər."

Aygün Musayeva



Seçilən
2
9
medicina.az

7Mənbələr