AZ

"Hər şeyiniz var, amma ruhunuz kasıbdır" - Nura onları tənqid ETDİ

“2025-ci ilin sonunda özümə arzum budur: mənə kim nə pislik edibsə, hamısını özlərinə qaytarıram”.

Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.

İfaçı ruhunun və vicdanının təmiz olduğunu bildirərək, hər kəsə etdiklərinin cəzasını çəkməyi arzu edib:

“Pislik edənlər az olmayıb: haqqımda həqiqətə uyğun olmayan sifarişli statuslar, məqalələr yazanlar, trollar vasitəsilə şərh yazdıranlar və yazanlar, məni toylardan və tədbirlərdən çıxartmaq üçün əldən-ayaqdan gedən təşkilatçılar, müğənnilər - Allah etdiklərinizin min qat artığını hamınıza geri qaytarsın, İnşallah.

Hər şeyiniz var: pulunuz,məşhurluğunuz, sevgiliniz və sair, amma ruhunuz kasıbdır. Ruhunuzdakı kasıblıq imkan vermir ki, pislik etmədən xoşbəxt yaşaya biləsiniz.

2026-cı ilə bütün pisliklərinizi özünüzə qaytararaq girəcəyəm. Mənim ruhum və vicdanım təmizdir, zəngindir. Ruzimə bais olsanız nə olacaq ki mənə?”.

Seçilən
21
24
redaktor.az

10Mənbələr