AZ

"Mənə yemək-çay gətirəndə danışmayın, nə qədər tüpürcək hopur, bilirsiniz?"

Meyxanaçı Ağamirzə Maştağalı "Rəngarəng"də maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, söz ustasının "gigiyena dərsi" müzakirələrə səbəb olub.

O, özünə çay gətirən aparıcı Zaur Nebioğluna iradından da geri qalmayıb:

"Moskvaya gedəndə özümlə stəkan qaşıq aparıram. Mən iyrənirəm.  El-aləm "məndən iyrənir", mən də beləyəm. Ürəyim götürmür, məndən asılı deyil. Öz evimizdə mənim stəkanımdan heç kim çay içə bilməz. Çayı gətirəndə dodaq deyən yerdən tutub gətirməyin. Mən indi hansı tərəfdən içim? Hər yerdə demişəm ki, mənə yemək-çay gətirəndə danışmayın. Nə qədər tüpürcək gedir, bilirsiniz? Ad günlərində tortun üzərində şam üfürürlər, yemirəm. Tüpürcəklər üstünə hopur".

Musa
Milli.Az

Seçilən
48
50
milli.az

10Mənbələr