ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hər adama həmkar, hər əlinə mikrofon tutana müğənni demirəm".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Zarafat bir yana" layihəsində deyib. O, "Səhnəmizin qızılı və gümüşü kimdir" sualına belə cavab verib:
"Heç kim inciməsin deyə, səhnəmizin qızılı və gümüşü Musa Musayevlə Təranə Qumraldır söyləyək. Onlar ər-arvaddırlar. Bir-birilərinə məhəbbət dolu gözlə baxmaları çox xoşuma gəlir".
Lakin onun cavabı proqram iştirakçılarını qane etməyib.
B.Dadaşova fikirlərinə belə aydınlıq gətirib:
"Siz kimin adını istəyirdiniz deyim? Yəqin adını çəkmək istədikləriniz olub. Ən çəitini seçim etməkdir. Hamı özünü "qızıl", "ulduz" hesab edir. Bu barədə haqlıdırlar. Amma seçimi cütlükdən etdim ki, öz aralarında bölsünlər".
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.