2026-cı ildə Azərbaycanda yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri 3 milyon manat təşkil edəcək.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında fərmanda öz əksini tapıb.
Fərmana əsasən, bu, 2025-ci illə müqayisədə 14,3 % azdır.
****
2026-cı ildə Azərbaycanda aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi 40 milyon manat təşkil edəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında fərmanda öz əksini tapıb.
Fərmana əsasən, bu, 2025-ci illə müqayisədə 2 dəfə çoxdur.