Bakı.Trend:
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləritədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 26 yaşlıM.Əlizadə saxlanılıb.
Trend-inməlumatına görə, onun avtomobilinin yük yerindən külli miqdarda səsvə işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
O, avtomobilində səyyar şəkildə pirotexniki vasitələrin satışınıhəyata keçirib. Həmin şəxs barəsində protokol tərtib olunaraqbaxılması üçün məhkəməyə göndərilib.
Tədbirlər davam etdirilir.