AZ

Pirotexniki vasitələr satan daha 23 nəfər saxlandı


Son iki gün pirotexniki vasitələr satan 23 nəfər saxlanılıb. Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 23 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

ZÜMRÜD

Seçilən
31
50
baki-xeber.com

10Mənbələr