Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində pərakəndə ticarətdövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4faiz artaraq 34,605 milyard manat olub.
Trend bubarədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları,içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-noyabrayları ilə müqayisədə 0,4 faiz artaraq 19,254 milyard manata,qeyri-ərzaq malları isə 9,5 faiz artaraq 15,352 milyard manataçatıb.
Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ilinyanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədəmüəssisələr üzrə 6,4 faiz, fərdi sahibkarlar, bazar vəyarmarkalarda isə 2,7 faiz artıb. İstehlak məhsullarının 36,6 faizihüquqi şəxs statuslu müəssisələrdə, 52,2 faizi fərdi sahibkarlaraməxsus ticarət obyektlərində, 11,2 faizi isə paytaxtın əmtəəbazarlarında satılıb.
Qeyd edək ki, ümumi ölkə üzrə 2025-ci ilin yanvar-noyabraylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58,571milyard manatlıq, o cümlədən 31,937 milyard manatlıq ərzaqməhsulları, içkilər və tütün məmulatları, 26,634 milyard manatlıqqeyri-ərzaq malları satılıb
2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndəticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaqməhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaqmalları üzrə 6,7 faiz artıb.