AZ

"Barselona"ya şad xəbər: Geri qayıdır

“Barselona”nın müdafiəçisi Ronald Arauxo bazar ertəsi günü Estadi Johan Kroyff stadionunda komandanın açıq məşqinə qoşulacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Uruqvaylı mərkəz müdafiəçisi psixoloji problemlərdən sonra bərpa dövründə ona dəstək olan azarkeşlərə təşəkkürünü şəxsən bildirmək istəyir.

Bununla belə, həftəsonu “Espanyol”a qarşı matçda onun iştirakı hələ də sual altındadır. “Barselona” futbolçunun tam hazır olmadan geri qayıtmasını istəmir və tələsmək niyyətində deyil.

Arauxo hazırda klub tərəfindən xüsusi hazırlanmış bərpa proqramı çərçivəsində şəxsi məşqçi ilə çalışır.

Onun gələn həftə keçiriləcək İspaniya Superkuboku üçün heyətə düşüb-düşməyəcəyi hələlik bəlli deyil. Müdafiə xəttində problemlər yaşayan “Barselona” üçün Arauxonun qayıdışı ciddi güclənmə ola bilər.

 

(Publika)

Seçilən
28
18
moderator.az

9Mənbələr