AZ

Rusiya dəniz dronlarının buraxılış bazasını vurublar

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna pilotsuz uçuş aparatları (PUA) işğal edilmiş Krımda bir sıra Rusiya hərbi obyektlərinə, o cümlədən pilotsuz dəniz qayıqlarının saxlanması və buraxılması üçün nəzərdə tutulan bazaya zərbə endirib. Əhəmiyyətli olan bu silahların saxlanma yeri deyil, rusların onları istehsal etməyə çalışmasıdır.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk bildirib.

“Burada vacib olan odur ki, onlar lazımi məhsulları istehsal etməyə çalışırlar. Biz bütün ildir ki, bu təhlükədən danışır, bunu mütləq nəzərə alırıq. Bəli, bu cür silahları onların saxlama yerlərində məhv etmək daha yaxşıdır. Hamımızın, xüsusən də Hərbi Dəniz Qüvvələrinin üzərində çalışdığımız konsepsiya məhz budur. Düşmənin sahillərinə yaxın döyüşmək daha yaxşıdır, öz sahillərimizdə deyil”, - deyə hərbçi əlavə edib.

Onun sözlərinə görə, bu cür zərbələr Müdafiə Qüvvələrinin ümumi yükünü azaldan profilaktik tədbirlərdir.

Xatırladaq ki, Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal edilmiş Krımda pilotsuz dəniz qayıqlarının saxlanması və buraxılması üçün bazaya zərbə endirib. Analitiklər bunu əsas hədəflərdən biri hesab edirlər.

Ehtimal ki, ən azı üç Ukrayna dronu obyektə zərbə vurub. Ekspertlərin fikrincə, bu, Ukrayna Silahlı Qüvvələrinin Rusiya dəniz dronu saxlama bazalarına ilk zərbəsi deyil. Bu cür aktivlərin məhvi, avqustun sonlarında rusların dəniz pilotsuz təyyarəsinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin orta ölçülü kəşfiyyat gəmisi olan Simferopolu vurması ilə baş verən hadisədən sonra xüsusilə vacibdir.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
reyting.az

10Mənbələr