Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Ukrayna Rusiyadan tammiqyaslı müharibənin vurduğu dağıntı və ziyana görə təzminat istəyir, ABŞ isə təzminatdan daha çox kompensasiyadan danışır”.
Reyting.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“İlk növbədə, biz, Rusiyanın bizə pul verməsində və bunun təzminat olmasında maraqlıyıq. Amerikalılar buna təzminat deyil, kompensasiya deyirlər, çünki düşünmürəm ki, onlar “təzminat” sözünü həqiqətən bəyənirlər. Amma bizə dövlətimizi yenidən qurmaq üçün pul almaq vacibdir”, - deyə Zelenski bildirib.
Ukrayna prezidenti xatırladıb ki, təzminat kreditləri məsələsi artıq Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə həll edilib, çünki dondurulmuş Rusiya aktivlərinin əksəriyyəti Aİ ölkələrindədir.
“Mövqeyimizi dəstəklədiklərinə şadam. Növbəti iki il ərzində ilk 100 milyardı bərabər hissələrlə alacağıq. Əgər müharibə olmasa və olmayacaqsa, bu pulu dövlətimizin yenidən qurulmasına xərcləyəcəyik. Özümüzü müdafiə etməli olsaq, müdafiə üçün pul ödəmək imkanımız var”, - deyə Zelenski əlavə edib.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.