“İmişli” qış transfer dönəmində heyətini yeni futbolçularla gücləndirmək istəyir.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik iki-üç mövqeyə futbolçu axtarır. Bunlar yüksək ehtimalla yerli oyunçular olacaq.
Rəhbərlik heyətdəki azərbaycanlı futbolçuların performansını yetərli görmür. Baş məşqçi də komandanın gücləməsini tələb edib.
Rəqabətin artması üçün komandaya Premyer Liqa təcrübəsi olan yerli oyunçular cəlb etməyi düşünür.