Operativmedia portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda ölkədə sosial tərəfdaşlığın inkişafı, sahibkarlıq mühitinin gücləndirilməsi və Konfederasiyanın institusional fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası məlumat yayıb.
Gündəlikdə duran əsas məsələlərdən biri 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişin hazırlanması və bağlanması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə aparılacaq danışıqlar üçün işəgötürənlər birliklərinin nümayəndə heyətinin tərkibinin müəyyən edilməsi və təsdiqi olub. Müzakirələr zamanı sosial dialoqun gücləndirilməsi, əmək münasibətlərində balanslı yanaşmanın qorunması və işəgötürənlərin maraqlarının effektiv təmsil olunmasının vacibliyi vurğulanıb.
İclasda, həmçinin Konfederasiyanın daimi komissiyalarının yeni Əsasnamələri müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Qeyd edilib ki, yenilənmiş Əsasnamələr komissiyaların fəaliyyətinin daha çevik, funksional və müasir çağırışlara uyğun qurulmasına xidmət edəcək.
Gündəlikdə yer alan digər məsələ Konfederasiyanın üzvlüyünə qəbul olunmaq üçün müraciət etmiş sahibkarlıq subyektlərinin üzvlüyə qəbulu ilə bağlı olub. Aparılan müzakirələrdən sonra müvafiq müraciətlərə baxılıb və qərarlar qəbul edilib.
İclasda qəbul olunan qərarların Konfederasiyanın fəaliyyətinin genişlənməsinə, sosial tərəfdaşlıq mexanizmlərinin dərinləşməsinə və sahibkarlıq maraqlarının daha effektiv qorunmasına töhfə verəcəyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.