AZ

Vergi ödəyiciləri vergi öhdəliyinin yaranmasına səbəb olan halları könüllü bəyan edəcəklər

Bakı. Trend:

Könüllü açıqlama sisteminin əhatəsi genişləndiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Sənədə əsasən, könüllü açıqlama səyyar vergi yoxlaması və yaüfüqi monitorinq başa çatdıqdan sonra yoxlama (monitorinq) zamanıaşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosialsığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrəöhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləritərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi, habeləsəyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq həminhalların Vergi Məcəlləsində göstərilən 3 illik müddətdən əvvəlkidövrlər üzrə könüllü olaraq bəyan edilməsi hesab ediləcək.

Bildirilib ki, mövcud qanunvericilikdə vergi ödəyiciləritərəfindən vergilərin könüllü şəkildə bəyan edilməsi imkanı yalnızsəyyar vergi yoxlaması ilə əhatə olunmuş son 3 illik dövr üzrəmümkündür.

Səyyar yoxlama ilə əhatə olunmayan, habelə 3 ildən artıq müddətkeçmiş dövrlər üzrə isə vergi ödəyicisinin gəlirlərini könüllübəyan etmək imkanları yoxdur və bu da onların konstitusionhüquqlarının və vəzifələrinin icrası ilə uzlaşmır.

Bu səbəbdən könüllü açıqlama mexanizminin əhatəsigenişləndiriləcək.

Məqalədə:
Seçilən
29
4
az.trend.az

5Mənbələr