Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilib.
Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, gələn il üçün ehtiyac meyarı 15 manat artırılıb.
Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.