AZ

Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

Sabirabad, 29 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "BMW" markalı avtomobil idarəetmədən çıxaraq hasara, daha sonra isə yol kənarında dayanan “VAZ” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində “BMW”-nin sürücüsü Nurəli Həsənov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
6
azertag.az

2Mənbələr