AZ

Bayram tətili yaxınlaşır: qida zəhərlənməsi yenə arta bilər - XƏBƏRDARLIQ

Bayram günlərində evlərdə bol süfrələr açılır, müxtəlif salatlar, ət yeməkləri və şirniyyatlar hazırlanır. Lakin bayram sevinci bitdikdən sonra bu süfrələrin arxasında qalan qidalar ciddi bir problemin başlanğıcına çevrilir. Bir çox ailələrdə mayonezli salatlar, bişmiş yeməklər və tez xarab olan məhsullar soyuducuda günlərlə saxlanılır və 4–5 gün, bəzən isə daha uzun müddət ərzində istehlak edilir. Əksər hallarda “israf olmasın” düşüncəsi ilə edilən bu yanaşma qida təhlükəsizliyi qaydalarının pozulmasına və sağlamlıq risklərinin artmasına səbəb olur. Soyuducuda saxlanılsa belə, bu cür qidaların təhlükəsiz istehlak müddəti məhduddur. Buna baxmayaraq, cəmiyyətdə qidaların saxlanma qaydalarına laqeyd yanaşma hələ də geniş yayılıb. Nəticədə, bayramdan sonra qida zəhərlənmələri ilə bağlı şikayətlərin artması müşahidə olunur ki, bu da problemin nə qədər aktual olduğunu bir daha göstərir.

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov Avtosfer.az-a bildirib ki, bayram günlərində qidaların qalması və uzun müddət istehlakı yolverilməz haldır:
“Bayram günlərində milli adət-ənənələrimizə uyğun olaraq qarşıdan gələn bayramlarla əlaqəli qida təhlükəsizliyi baxımından bir neçə məqam var ki, diqqət edilməlidir. Əvvəlcə hazır qida məhsullarının istehlakıdır. Bu tip qidalar hazır olduqdan sonra 2 saat ərzində tükədilməlidir. Səhəri gün yenidən qızıdırılıb qəbul edilməsi yolverilməzdir. Bu özündə risk faktoru daşıyır. İshal, zəhərlənmə və s. kimi mənfi hallar ola bilər. Soyuq qidalar 0 və +5 dərəcə aralığında saxlanılmalıdır. Salatlar təqribi 24 saat ərzində qala bilir. O da yenə, yaxşı olar ki, qısa müddətdə istehlak edilsin”.
Nurcan Babək

Seçilən
34
5
avtosfer.az

10Mənbələr