AZ

Bərbərxana, gözəllik və kosmetoloji xidmətlər üzrə də ƏDV-ni geri almaq mümkün olacaq

Bakı. Trend:

Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərtərəfindən göstərilən xidmətlərə görə "ƏDV geri al"maq mümkünolacaq.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Sənədə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindənAzərbaycan Respublikası ərazisində bərbərxanalar, gözəlliksalonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərəgörə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənedəcək.

Bildirilib ki, kölgə iqtisadiyyatının miqyasının böyük olduğufəaliyyət sahələrdə dövriyyələrin şəffaflaşdırılması, nağdsızəməliyyatların stimullaşdırılması və bu sahədə vətəndaşlarınbirbaşa iştirakını təmin etmək məqsədilə bərbərxanalar, gözəlliksalonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərəgörə "ƏDV gerial" mexanizminin tətbiqi təklif olunur.

Seçilən
32
30
az.trend.az

10Mənbələr