AZ

Ermənistanın hakim partiyasında ÇAXNAŞMA – Alen Simonyandan NARAZILIQ ARTIR

Ermənistanın hakim partiyasında Alen Simonyandan narazılıq artır.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb. Spiker 2026-cı il seçkiləri ilə bağlı müzakirələrdə partiya yoldaşlarını Paşinyanın gözündən salmağa çalışır.

Məlumata görə, son günlər “Vətəndaş Müqaviləsi” partiyasında Ermənistan parlamentinin sədri Alen Simonyana qarşı narazılıq güclənib.

Nəşr bildirir ki, partiyanın idarə heyətinin iclaslarında 2026-cı il parlament seçkiləri müzakirə olunarkən Simonyan partiyadaşlarına qarşı sərt mövqe nümayiş etdirib.

O, həmkarlarını Baş nazir Nikol Paşinyanın gözündə pis vəziyyətdə qoymağa və onları gözdən salmağa cəhd edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
84
2
interpress.az

3Mənbələr