AZ

Toni Kroos: Dünya Çempionatında 48 komandanın iştirakı qəbuledilməzdir

Almaniyalı sabiq futbolçu Toni Kroos Dünya Çempionatının formatının dəyişdirilməsi ilə bağlı fikirlərini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, o, turnirdə 48 millinin iştirak etməsinə qarşı olduğunu bildirib.

Kroosun sözlərinə görə, bu qədər komandanın mübarizə aparması həm futbolçular, həm də turnirin keyfiyyəti baxımından mənfi nəticələrə səbəb olacaq. O qeyd edib ki, komanda sayının artması darmadağınların və rəqabətsiz oyunların çoxalmasına gətirib çıxaracaq.

“Futbolçuların və turnirin qayğısına qalmalıyıq. Mənim üçün keyfiyyətli matçlar daha vacibdir. 5:0 və ya 6:0 hesablı qələbələr maraqlı deyil. Futbolçular Dünya Çempionatına artıq yorğun gəlirlər, indi isə əlavə oyunlar keçirməli olacaqlar. Bu da turnirin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq”, – deyə Kroos bildirib.

Seçilən
84
veteninfo.az

1Mənbələr