Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Paytaxtda bəzi obyektlərin qarşısındakı səkilərin faktiki olaraq “özəlləşdirilməsi” şəhər mühitinin bütövlüyünü pozur və piyadaların rahat hərəkətinə ciddi maneələr yaradır.
Mütəxəssislərin fikrincə, hər bir obyekt səkini öz maraqları naminə dəyişdikdə, həmin səki artıq şəhər infrastrukturunun tərkib hissəsi olmaqdan çıxır. Niyyət şəhərə deyil, obyektə yönələndə isə problemlər ortaya çıxır.

Avtosfer.az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Möcüzə Market”in qarşısındakı səki bunun bariz nümunəsidir. Fotolardan da göründüyü kimi, səkinin üstünün, hətta yan hissələrinin örtülməsi piyadaların rahatlığı üçün deyil, daha çox obyektin istifadəsinə uyğunlaşdırılıb. Bu isə vətəndaşlar tərəfindən haqlı narazılıqla qarşılanır.
Sakinlərin sözlərinə görə, sözügedən ərazidə səkilərin vəziyyəti ümumilikdə ağırdır. Piyadalar üçün nəzərdə tutulan keçidlərin daraldılması, qeyri-standart örtüklər və maneələr gündəlik hərəkəti çətinləşdirir. Onlar hesab edirlər ki, bu cür yanaşma memarlıq həlli deyil, özfəaliyyətdir və şəhərsalma qaydalarına ziddir.
Eltac Zülfüqaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.