AZ

Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirən, onların milli kimliyini, mədəniyyətini və tarixi yaddaşını qoruyub saxlayan xüsusi bir tarix kimi qeyd olunur. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü təkcə təqvimdə yer alan bir bayram deyil, eyni zamanda birlik, güc və milli şüurun rəmzidir. Azərbaycan diasporu üçün Həmrəylik Günü doğma Vətənlə mənəvi bağların möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Xaricdə yaşayan azərbaycanlılar bu gün vasitəsilə öz köklərini xatırlayır, dilini, adət-ənənələrini yaşadır və gələcək nəsillərə ötürməyə çalışırlar. Müxtəlif ölkələrdə keçirilən tədbirlər, konfranslar, mədəni gecələr və görüşlər diaspor üzvlərinin bir-biri ilə əlaqəsini gücləndirir və ortaq məqsədlər ətrafında birləşdirir. Bu bayram eyni zamanda diasporun təşkilatlanmasında mühüm rol oynayır. Həmrəylik Günü azərbaycanlıların yaşadıqları cəmiyyətlərdə daha fəal mövqe tutmasına, milli maraqları müdafiə etməsinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına stimul verir. Xüsusilə gənc nəsil üçün bu gün milli şüurun formalaşması, vətənpərvərlik hissinin güclənməsi baxımından əvəzsiz əhəmiyyətə malikdir. Həmrəylik Günü Azərbaycan diasporuna güc verir, onlara tək olmadıqlarını, böyük bir millətin parçası olduqlarını xatırladır. Bu birlik hissi diaspor fəaliyyətinin əsas dayağıdır və gələcəkdə daha güclü, daha təsirli bir diasporun formalaşmasına zəmin yaradır. Məhz buna görə də Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm və dəyərli bayramlardan biri kimi xüsusi yer tutur.Pərviz Məcnunov

YAP Laçın rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
50
sesqazeti.az

10Mənbələr