Apa.az saytına istinadən ain.az xəbər verir.
İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq ediləcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanunda əksini tapıb.
Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:
- işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;
- işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.