AZ

Müharibənin Rusiyanın istədiyi kimi bitməsi ehtimalı artır



"Zelenski Tramp görüşünün nəticəsi olması üçün Putinin şərtlərinə uyğun sülh planının qəbul edilməsi lazımdır. Ukratna tərəfindən təklif edilən sülh planından isə Putinin qəbul etmədiyi məsələlər var. Bu, referendum üçün iki aylıq müddətdən tutmuş, Zaporoje AES-in işlədilməsi, Donbasın Rusiya tərəfindən ələ keçirilməmiş hissəsinin taleyi məsələlərinə kimi tərəflər arasında prinsipial fərqlər mövcud olan məsələlər var".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Ukrayna müharibəsinin həlli istiqamətində aparılan danışıqları dəyərləndirərkən səsləndirib. O bildirib ki, Tramp bu ilin sonuna kimi sülh yolunda hansısa uğur hesab ediləcək bir müqavilənin imzalanmasına çalışır:

"Görünən odur ki, Zelenski ilə Floridada görüşündən sonra deyilənə görə, bir gün də gözlədilmısi və yeni görüş istəyi Trampın Putinlə bir daha telefonla görüşüb yenidən Zelenski ilə müəyyən razılıq əldə etməsi üçün edilir. Məqsəd Ukrayna və ABŞ arasında Rusiyasız hansısa sülh müqaviləsi şərtlərinə uyğun müqavilənin imzalanmasıdır. Ukrayna Baş Kəşfiyyat İdarəsinin sədri Kiril Budanov isə fevral ayına sülh müqaviləsi imzalanmasının mümkünlüyündən danışıb. Görünən odur ki, bu daha real fikirdir. Hesab edirəm ki, Ukraynanın vəziyyəti çətindir. Böyük ehtimalla fevral ayında müqavilə imzalanması ehtimalı böyükdür. Avropa da bunu istəyir. Müharibənin Rusiyanın istədiyi kimi bitməsi ehtimalı artır".

Süleyman
Seçilən
76
newscenter.az

1Mənbələr