AZ

Sənaye parklarıyla əlaqədar idxalı ƏDV-dən azad ediləcək avadanlıqların siyahısı hazırlanacaq

Nazirlər Kabineti 3 ay müddətində sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxalı və satışı əlavə dəyər vergisindən azad edilən maşın və avadanlığın siyahısını hazırlayacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad edilən texnikanın, texnoloji avadanlıq və qurğuların siyahısını da hazırlayacaq.

Seçilən
63
41
apa.az

10Mənbələr