AZ

Bakının dünyanın idman paytaxtı seçilməsi təsadüfi deyil POLİTOLOQ

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"2026-cı il Bakı dünyanın idman paytaxtı seçilib və bu ad Monakodan Bakıya verilib. Bu adı da Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası verir. Bu adın verilməsi və bu tədbirlərin burada keçirilməsinin səbəbi isə Bakıda müasir tələblərə cavab verən idman qurğularının olması, Azərbaycanda idmanın sevilməsi, Azərbaycan Prezidentinin idmana göstərdiyi dəstək və qayğı, Azərbaycan Prezidentinin Milli Olimpiya Komitəsinin sədri olması və hər dəfədə idmana böyük diqqət yetirməsinin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bir çox oyunlar - o cümlədən Avropa oyunları, İslam həmrəyliyi oyunları keçirilir, artıq neçə ildir ki, Formula-1 yarışları təşkil olunur və bütün bunlar da dünyaya translasiya olunur: "Dünyanın hər yerindən Azərbaycana, Bakıya turistlər axışıb gəlir. Yəni bütün bunlar səbəb olaraq göstərir ki, məhz Bakı bu dediyimiz amillərə görə dünyanın idman paytaxtı seçilib. Bu həm də Azərbaycanın apardığı siyasi strategiyanın, həm də iqtisadi inkişafın nəticəsidir. Yəni bizim apardığımız siyasət və iqtisadiyyat, həmçinin diplomatik yanaşma nəticəsində Azərbaycan son illər xüsusilə çox inkişaf yolu keçib. Bu səbəbdən də müasir infrastrukturlar yaradılıb, bayaq qeyd etdiyimiz idman qurğuları inşa edilib və burada beynəlxalq yarışların keçirilməsi, turistlərin yerləşməsi üçün otellərin olması da onu göstərir ki, Azərbaycan bu sahədə çox böyük işlər görüb.

Artıq Azərbaycan təkcə Cənubi Qafqazın lider dövləti yox, həm də qlobal miqyasda həm siyasətdə, həm iqtisadiyyatda seçilən ölkə olub. Azərbaycan son illər apardığı siyasət nəticəsində Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu gün dünyanın ən güclü dövləti olan ABŞ ilə strateji tərəfdaşlıq edir. Azərbaycanın apardığı sülhə yönəlmiş siyasət nəticəsində Cənubi Qafqazda münaqişəyə son qoyulub. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi artıq paraflanıb. Yəni Azərbaycanın apardığı həm xarici, həm daxili, həm də iqtisadi siyasət nəticəsində ölkəmiz qlobal bir oyunçuya çevrilib və hörmət edilən ölkələr sırasına daxil olub. O mənada hesab edirəm ki, Azərbaycanın, Bakının dünyanın idman paytaxtı seçilməsi təsadüfi deyil. Hesab edirəm ki, Azərbaycan bu yarışları keçirməklə bir daha dünyada nüfuzunun artmasına səbəb olacaq. Yeni-yeni nailiyyətlər əldə olunacaq, həm idmançılarımız, həm də özümüz bu sahədə Azərbaycanın inkişafını göstərəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
49
sia.az

10Mənbələr