"Azərbaycan Hava Yolları" QSC (AZAL) internet provayder xidməti göstərəcək.
Azreform.info xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) AZAL-ı internet provayderi kimi uçota alıb.
Beləliklə, AZAL peyk üzərindən yüksək sürətli internet, təkrar satış (pərakəndə internetin təkrar satışı - B2C və ya B2B) xidmətlərini həyata keçirəcək.