Albaniya superkubokunun qalibi müəyyənləşib. 


Rekord.az xəbər verir ki, həlledici qarşılaşmada millimizin müdafiəçisi Zamiq Əliyevin də formasını geydiyi “Eqnatiya” Tirana “Dinamo”su ilə üz-üzə gəlib. 


Görüş Tirana klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Zamiqin komandası superkuboku qazana bilməyib. 


Qeyd edək ki, həmyerlimizin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.