AZ

Sumqayıtda daha bir yanğın - Xəsarət alan var

Sumqayıt şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, ümumi sahəsi 110 m² olan birmərtəbəli, 3 otaqlı evin zirzəmisində tikinti materialları 20 m² sahədə yanıb.

Yüksək temperaturdan zirzəminin tavanı 15 m² sahədə qarsalanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr