Tanınmış uruqvaylı hücumçu Edinson Kavani futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
İdmanxeber.az xəbər verir ki, 38 yaşlı forvard bu qərarını sosial şəbəkə hesabı vasitəsilə elan edib. Kavani paylaşımında futbolun ona həyat dərsləri verdiyini, ailəsinə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür etdiyini bildirib.
Son klubu Argentinanın “Boka Xuniors”u olan Kavani Avropada “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted” və “Valensiya”nın formasını geyinib. O, 2008–2022-ci illərdə Uruqvay millisində 136 oyunda 58 qola imza atıb.