AZ

Xanımı ilə dincəlir, haqqında isə şayiə yayırlar

"Boka Xuniors" klubunun futbolçusu Edinson Kavani son günlərin qəhrəmanlarından biridir.

Publika.az xəbətr verir ki, sosial şəbəkələrdə 38 yaşlı ulduzun karyerasını başa vurduğu iddia olunub. Hətta "İnstagram"dakı “vida məktubu” paylaşması ilə bağlı ekran görüntüsü də yayılıb.

Lakin uruqvaylı hücumçunun rəsmi hesabına baxanda orada bir belə paylaşım olmadığı görünür. Hazırda Kavani ailəsi ilə tətilin dadını çıxarır.

Bu, əslində yalan xəbərdir. İspaniyada və digər ispan dilli ölkələrdə dekabrın 28-də qeyd olunan "zarafat günü" ilə bağlı edilən paylaşımdır.

Buna baxmayaraq, paylaşım sürətlə yayılıb. Bəzi azarkeşlər buna inanaraq onun haqqında kütləvi paylaşımlar ediblər.

Seçilən
15
publika.az

1Mənbələr