ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
“Havanın qeyri-sabit və nataraz keçməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Gün ərzində havanın isti, gecə saatlarında isə sərin olması düzgün geyim seçimini çətinləşdirir”.Bunu Demokrat.az-a açıqlamasında həkim, terapevt Günay Lətifova bildirib.O deyib ki, insanlar hava dəyişkənliyinə uyğun geyimlərini tənzimləyə bilmədikdə, bu vəziyyət sağlamlıq problemlərinə yol aça bilər:“Xüsusilə kütləvi nəqliyyatda qalın geyimdə olan insanlar sıxlıq və hərəkət səbəbindən tərləyir, daha sonra açıq havaya çıxarkən soyuqla təmasda qalırlar. Bu isə orqanizmdə kəskin temperatur fərqi yaradaraq soyuqdəymə, qrip, bronxit və digər tənəffüs yolu infeksiyalarının yaranma riskini artırır. Belə halların qarşısının alınması üçün hava şəraitinə uyğun, lay-lay geyinməyi, bol maye qəbul etməyi, vitaminlə zəngin qidalanmağı və xəstəlik əlamətləri yarandıqda vaxtında həkimə müraciət etməyi tövsiyə edirəm. Bu tədbirlər həm fərdi sağlamlığın qorunması, həm də mövsümi infeksiyaların yayılmasının qarşısının alınması baxımından vacibdir”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.