BAKI, 29 dekabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə müharibənin sona çatdırılması üçün hazırlanmış 20 maddəlik sülh planının ümumxalq referendumunda təsdiqlənməsinin vacibliyini vurğulayıb.
Teleqraf xəbər verir ki, bu barədə V. Zelenski jurnalistlərə açıqlamasında bildirib.
Prezidentin sözlərinə görə, Ukraynanın və ABŞ-nin mövqeyi üst-üstə düşür, müharibə diplomatik yolla başa çatdırılmalı və Rusiyanı sülhə məcbur etmək lazımdır:
"Aldığımız nəticəyə görə, alternativ sülh yoxdur. Biz amerikalılarla eyni fikirdəyik, müharibəni diplomatik yolla sona çatdırmaq və Rusiyanı sülhə məcbur etmək lazımdır".