AZ

Gömrük Komitəsi ili kəsirlə başa vurur

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalara görə nəzərdə tutulan proqnozlar özünü doğrultmayıb.

Gununsesi.info-nun xəbərinə görə, 2025 ci il üçün nəzərdə tutulan 6 milyard 600 milyon manat tam yığılmayıb. Bildirilir ki, komitə ili  236 milyon manata yaxın kəsirlə başa vurur.

Qeyd edək ki, ötən illərlə müqayisədə Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsinin də yığımları buraya yönəldilib.

2025-ci ildə büdcə gəlirlərinin 6 milyard 600 milyon manatı və ya 18,0 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək

Xatırladaq ki, 2025-ci ilin 9 ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalar 4 milyard 748 milyon manat təşkil edib.  Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % az  olub.

Afət Abbasova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
162
icma.az

1Mənbələr