29 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasında “MJ Financial Services BOKT” ASC-nin səhmlərinin abunə yazılışı 26 dekabrda keçirilib və yerləşdirmə tam başa çatıb.
Ümumilikdə 160 ədəd adi, adlı, sənədsiz səhm hər biri 30.001 manat qiymətlə satılıb. Nəticədə buraxılışın ümumi həcmi 4 800 160 manat təşkil edib.
Ticarətdə cəmi 2 investor iştirak edib və bütün səhmlər satılıb. Anderrayter qismində “Troni İnvestisiya Şirkəti” QSC çıxış edib.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Səhm buraxılmasının əsas məqsədi BOKT-nin maliyyə dayanıqlığını gücləndirmək və dövriyyə kapitalını artırlması göstərilib. Cəlb ediləcək vəsaitin əsasən kredit portfelinin genişləndirilməsinə, müştərilərə verilən kreditlərin həcminin artırılmasına və əməliyyat fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Maliyyə göstəricilərinə görə, 2024-cü ilin sonuna “MJ Financial Services BOKT”nin cəmi aktivləri 15.48 mln manata, müştərilərə verilmiş kreditlərin həcmi isə 14.72 mln manata çatıb. Həmin il üzrə faiz gəlirləri 9.25 mln manat, vergidən əvvəlki mənfəət isə 4.6 mln manat təşkil edib.
Hazırda BOKT-nin nizamnamə kapitalında əsas pay sahibləri Aydınov Camal İsax oğlu (70 faiz) və Rüstəmov Mədəd Nadir oğludur (30 faiz).
Xatırladaq ki, 2019-cu ilin aprelində “MJ Financial Services” MMC kimi təsis edilsə də, sonradan BOKT-yə çevrilib. BOKT hazırda 300 010 manat nizamnamə kapitalına sahibdir və bu da Mərkəzi Bankın minimal tələb norması olan 1 mln. manatdan aşağı idi.