Gəncədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1978-ci il təvəllüdlü E.Nadirova və 1983-cü il təvəllüdlü V.İsmayılov xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info