AZ

Sosial yardımdan mədəni fəaliyyətlərə: QHT-nin 2025-ci il hesabatı

İki il öncə masaj kursunda təlim keçmiş analardan 9 nəfərin 2025-ci ildə Beynəlxalq Masaj Çempionatında iştirakı isə həyata keçirilən fəaliyyətlərin davamlı və real nəticələr verdiyini bir daha təsdiqləmişdir. İl ərzində Türkiyənin “Engelli Eğitim Kültür Dərnəyi” ilə əməkdaşlığa başlamışıq. Bu əməkdaşlıq çərçivəsində 10 əlilliyi olan gənc onları müşayiət edən şəxslərlə birlikdə Ankarada, 15 əlilliyi olan gənc isə 14 müşayiət edən şəxslə birlikdə Antalyada keçirilən təlimlərdə iştirak etmişdir. Həmin gənclər müşayiət edən şəxslərlə birlikdə Türkiyədə müxtəlif sosial və mədəni tədbirlərə qatılmış, eyni zamanda Antalyada 8 Noyabr – “Zəfər Günü” və 9 Noyabr – “Bayraq Günü”nə həsr olunmuş tədbirlər təşkil etmişlər.

Bu fikirləri “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva QHT.az-a bildirib. Onun sözzlərinə görə, bundan əlavə, Azərbaycan Respublikasının Gənclər və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində əlilliyi olan 100 uşaq və gənc müşayiət edən şəxslərlə birlikdə düşərgə proqramına cəlb olunmuşdur:

"Teatrlarla qurulan əməkdaşlıq nəticəsində il ərzində 1675 əlilliyi olan şəxs teatr tamaşalarına, 527 nəfər isə konsert proqramlarına göndərilmişdir. Beləliklə, ümumilikdə 2202 nəfər mədəni-kütləvi tədbirlərdə iştirak edərək istirahət və mədəni asudə vaxt imkanlarından yararlanmışdır. Eyni zamanda il ərzində 160 nəfərə müxtəlif istiqamətlər üzrə sosial yardımlar göstərilmişdir".

QHT sədri həmçinin bildirib ki, aprel ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Autizm üzrə Maarifləndirmə Ayına həsr olunmuş “Rəngli dünyalar, autizm və sevgi” adlı tədbir təşkil etmişik. Bundan əlavə, Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Rayon Heydər Əliyev Mərkəzi ilə birlikdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “İstedad sərhədsizdir” adlı tədbir keçirilmişdir. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti, Park Bulvar, Azərbaycan Dövlət Turizm Agentliyi, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və Qobustan Milli Tarix-Bədii Qoruğu ilə əməkdaşlıq əsasında əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış sərgiləri təşkil olunmuşdur:

"Ümumilikdə 2025-ci ili uğurlu hesab edirəm. İl ərzində həyata keçirilən layihələr, qurulan əməkdaşlıqlar və əldə olunan nəticələr təşkilatımızın fəaliyyətinin səmərəliliyini və sosial təsir gücünü daha da artırmışdır. Hesab edirəm ki, 2026-cı ildə bu fəaliyyətləri daha geniş miqyasda davam etdirmək əsas məqsədimiz olacaqdır. Birliyin Nizamnamə tələblərinə uyğun olaraq əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların sosial problemlərinin həllinə və ailələrin rifah halının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətlərimizi daha da gücləndirəcəyik".

Seçilən
19
50
qht.az

10Mənbələr