ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
"Birliyimizi və həmrəyliyimizi hədəf alan heç bir struktur məqsədinə çata bilməz".Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Yalovada terror təşkilatı İŞİD-ə qarşı əməliyyatda şəhid olan polis məmurları üçün yayımladığı başsağlığı mesajında qeyd edib.Duran sosial media hesabındakı paylaşımında əməliyyatda şəhid olan qəhrəman polis məmurlarının ailələrinə başsağlığı verib və yaralanan təhlükəsizlik qüvvələrinə tezliklə sağalmalarını arzulayıb."Sevimli millətimizin sülh və təhlükəsizliyini hədəf alan bütün terror təşkilatlarına qarşı mübarizəmiz dövlətimizin qətiyyəti və təhlükəsizlik qüvvələrimizin fədakarlığı ilə davam edəcək",-deyə Duran bildirib.Süleyman
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.