ain.az, Qol.az portalına istinadən məlumat verir.
Azərbaycanın U-16 millisi UEFA-nın İnkişaf Turnirinə qatılacaq
Rusiya Futbol İttifaqının (RFU) baş katibi Maksim Mitrofanov 2026-cı ilin aprel ayında Qazaxıstanda UEFA-nın İnkişaf Turnirinin keçiriləcəyini açıqlayıb.
QOL.az xəbər verir ki, bu haqda "Sport-Ekspress" məlumat yayıb. Hazırda UEFA yarışın iştirakçı heyətini təsdiqləmək mərhələsindədir.
Mitrofanovun sözlərinə görə, 16 yaşadək oğlanlardan ibarət komandalar arasında UEFA-nın İnkişaf Turniri 2026-cı ilin aprelində Qazaxıstanda baş tutacaq. Həmin turnirdə Qazaxıstan, Rusiya, Azərbaycan və hələlik müəyyənləşməyən dördüncü komanda iştirak edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.