AZ

İndoneziyada qocalar evində yanğın: 16 nəfər həyatını itirdi

İndoneziyanın Sulavesi adasında yerləşən qocalar evində baş verən yanğın faciə ilə nəticələnib.

BAKU.WS xəbər verir ki, xarici KİV-in məlumatına görə, Manado bölgəsindəki müəssisədə baş verən hadisə zamanı 16 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Rəsmilərin açıqlamasına əsasən, yanğın qocalar evinin sakinlərinin otaqlarında istirahət etdiyi vaxt başlayıb. Hadisə yerinə yanğınsöndürən və xilasedici qüvvələr cəlb olunub, alov qısa müddətdə nəzarət altına alınıb.

Yaralanan şəxslər yaxınlıqdakı tibb müəssisələrinə yerləşdirilib. Yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlar tərəfindən araşdırmaya başlanılıb.

Seçilən
46
12
far.az

10Mənbələr