Qusarda su arxından kişi meyiti tapılıb.
Publika.az Report-a istinadən xəbər verir ki, itkin kimi qeydiyyatda olan, Haçatala kənd sakini, 1974-cü il təvəllüdlü Şahtəmir Sədrəddin oğlu Vələdovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisindəki su arxında tapılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.