AZ

Nazir Gəncə stadionunun hazır olacağı tarixi açıqladı 

“Gəncə stadionunda bəzi işlərimiz qalıb. Düşünürəm ki, aprel və may aylarında stadion oyunlar üçün hazır olacaq”.

İdmanxeber.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.O, daha sonra belə davam edib:

“Bunun üçün bacardığıımızı edəcəyik. Qaçış zolağı çəkmək istəyirik. Amma bu da hava şəraitindən asılıdır. Ona görə də gözləməliyik.

Yağışlı havalarda bu, çətin olur. Müasir standartlara cavab verən stadiondur. Həm azarkeşlər, həm futbolçular üçün yaxşı şərait var”.

Xatırladaq ki, yeni tikilmiş Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış və bağlanış mərasimləri keçirilib.

Seçilən
103
1
idmanxeber.az

2Mənbələr